Rusiyada koronavirusa yoluxanların sayı rekord tempdə artır

rusiyada-koronavirusa-yoluxanlarin-sayi-rekord-tempde-artir
Oxunma sayı: 3847

Rusiyada son 24 saat ərzində daha 4 785 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə, günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb. Açıqlamada bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 36 793-ə çatıb. Ötən gün ərzində xəstəlik səbəbindən daha 40 nəfərin həyatını itirməsi ilə, ölüm hallarının sayı isə 313-ə çatıb.

Ümumilikdə 3 057 pasiyentin sağalaraq evinə buraxıldığı qeyd olunub.

Qeyd edək ki, dünya üzrə 2,259,352 insan koronavirusa yoluxub, onlardan 154,401 nəfəri xəstəlik səbəbindən həyatını itirib.