Moskvada koronavirus diaqnozu qoyulan bir təqaüdçü yoluxucu xəstəliklər xəstəxanasında dünyasını dəyişib.
“Qafqazinfo” “Lenta.ru” informasiya agentliyinə istinadən xəbər verir ki, 79 yaşlı pasient ilk dəfə martın 13-ü səhhətində narahatlıq hiss edərək özəl xəstəxanaya müraciət edib. Daha sonra isə yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib. Testdən keçdikdən sonra onda koronavirus aşkarlanıb.
Pasientin COVİD-19-la yanaşı bir sıra digər xəstəliklərdən də əziyyət çəkdiyi məlum olub.
Xəstənin əlaqədə olduğu bütün insanlar tibbi müşahidə altında saxlanılır.
Qeyd edək ki, Rusiyada ölkə üzrə koronavirusa yoluxanların sayı 147-yə çatıb.
Son xəbərlər
Son Xəbərlər