Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini ötdü

rusiyada-koronavirusdan-olenlerin-sayi-7-mini-otdu
Oxunma sayı: 1005

Rusiyada son sutka ərzində daha 8 246 nəfərdə koronavirus aşkarlanıb, 143 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib. 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 537 210-a, bu virusdan ölənlərin sayı isə 7 091-ə yüksəlib.

Bundan əlavə, indiyədək 284 539 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 245 580 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağırdır.