Rusiyada koronavirusdan ölənlərin sayı 8 minə yaxınlaşır

rusiyada-koronavirusdan-olenlerin-sayi-8-mine-yaxinlasir
Oxunma sayı: 1621

Rusiyada son sutka ərzində daha 7 728 nəfərdə koronavirus aşkarlanıb, 109 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib. 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 584 680-ə, bu virusdan ölənlərin sayı isə 7 728-ə yüksəlib.

Bundan əlavə, indiyədək 339 711 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Ölkədə 236 858 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-ü ağır vəziyyətdədir.