Rusiyada koronavirusdan ölənlərin sayı 9 minə çatır

rusiyada-koronavirusdan-olenlerin-sayi-9-mine-catir
Oxunma sayı: 2170

Rusiyada son sutka ərzində daha 188 nəfər koronavirusundan vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 8 969-a çatıb. Son sutkada 6 852 yoluxma qeydə alınıb.

Qeyd edək ki, indiyədək Rusiyada 627 646 nəfər koronavirusa yoluxub, onlardan 393 352-si sağalıb. Aktiv xəstələrin sayı isə 225 325-dir.