Rusiyada koronavirusdan ölənlərin sayı artdı

rusiyada-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 1857

Rusiyanın paytaxtı Moskva şəhərində daha 58 nəfər koronavirusun qurbanı olub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda koronavirusdan ölənlərin sayı 1 068-ə yüksəlib.  

Rusiyada ümumilikdə 198 676 koronavirusa yoluxma halı qeydə alınıb (sutka ərzində artım 5,8% təşkil edib), 31 916 pasiyent sağalıb. 9 maya olan məlumata əsasən, 1 827 nəfər virusun qurbanı olub.