Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlandı

rusiyada-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2793

Rusiyada son sutka ərzində 197 nəfər koronavirusun qurbanı olub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 725-ə yüksəlib.

Onlardan 58-i Moskvada, 55-i Sankt-Peterburqda, 18-i isə Moskva vilayətində vəfat edib.

Koronavirusa yoluxanların ümumi sayı 458 689-dir. 231 576 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Bundan əlavə, 221 388 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.