Rusiyada koronavirusun 49 yeni mutasiyası aşkarlandı

rusiyada-koronavirusun-49-yeni-mutasiyasi-askarlandi
Oxunma sayı: 1582

“Rusiyaya gələn vətəndaşlarda koronavirusun təyin olunmayan 49 mutasiyası aşkarlanıb”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.

“193 mutasiyaya uğramış variant, 49 təyin olunmayan mutasiya aşkarlanıb. Təyin olunmayan mutasiya geniş araşdırma tələb edir”, - deyə Popova bildirib.