Rusiyada Krım tatarları məclisi qadağan edildi

rusiyada-krim-tatarlari-meclisi-qadagan-edildi
Oxunma sayı: 1072

Krım Ali məhkəməsi Krım Tatarları məclisinin ekstremist təşkilat olduğunu bəyan edərək onun Rusiya ərazisindəki fəaliyyətini qadağan edib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, məclisin qadağan edilməsi ilə bağlı məhkəməyə iddia Krım prokuroru Nataliya Poklonskaya tərəfindən daxil olub. O bildirib ki, təşkilat tamamilə antirusiya fəaliyyətinə köklənib, onun rəhbərləri Refat Çubarov və Mustafa Cəmilev isə “böyük qərb kuklaoynadanlarının əlində oyuncağa çevriliblər”.

Prokurorluğun məlumatına görə, məclis liderləri “Boz qurdlar”, Xizb ut Tahrir əl İslami” kimi terror təşkilatları ilə əməkdaşlıq edirlər.