Rusiyada kütləvi zəhərlənmə baş verib

rusiyada-kutlevi-zeherlenme-bas-verib
Oxunma sayı: 742

Rusiyada 14 uşaq qazdan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İnsident Podolsk şəhərində qeydə alınıb.

İlkin ehtimala görə, qazı balonunu 7 nömrəli gimnaziyanın şagirdlərindən biri açıb. Məktəbdə fövqəladə vəziyyət elan edilib. 3 nəfərə hadisə yerinə gələn təcili yardım əməkdaşları kömək edib. Daha sonra xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlarda qusma və zəhərlənmənin digər əlamətləri müşahidə edilib.

Hazırda xəstəxana da 6 məktəblinin müalicə aldığı bildirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.