Rusiyada mağazalarda boş rəflər, ərzaq çatışmazlığı... - Video

rusiyada-magazalarda-bos-refler-erzaq-catismazligi
Oxunma sayı: 5221

Rusiya şəhərlərinin sakinləri təlaş içində supermarketlərdəki ərzaqları alır, nəticədə defisit yaranır.

“Qafqazinfo” xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə rusiyalı istifadəçilər tərəfindən paylaşılır.

Sankt-Peterburq, Nijni Novqorod, Kopeyks və s. şəhərlərdən olan alıcıların paylaşımlarından aydın görünür ki, mağazalarda gündəlik istifadə üçün nəzərdə tutulmuş ərzaqlar: şəkər tozu, qarabaşaq, un, makaron yoxa çıxıb.

Kəskin tələbat səbəbindən məhsulların alışına limit qoyulub. Alıcılara bir məhsuldan 5 və ya 10 ədəddən çox almağa icazə verilmir.