Rusiyanın Arxanqels əyalətində minik avtomobili çaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” DİN-in regional şöbəsinə istinadən məlumat yayıb.
Məlumata əsasən içərisində 6 nəfər olan maşın çaya düşüb. Hadisə zamanı avtomobildə olan 3 azyaşlıdan iki dünyasını dəyişib. 1994-cü il təvəllüdlü olan oğlanın isə axtarışı davam edir.
Faktla bağlı araşdırma başladılıb.