Fevralın 25-də Rusiyanın Komi muxtar respublikasında Vorkuta bölgəsində kömür mədənində metan qazının sızması nəticəsində iki partlayış baş verib. Hadisə zamanı 4 mədənçi həlak olub, 26 nəfər isə mədəndə köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo”nun məlumatına görə, bu gün 26 nəfərin xilas olma işləri aparılarkən mədəndə üçüncü dəfə partlayış baş verib. Nəticədə, 5 xilasedici, 1 mədənçi olmaqla 6 nəfər ölüb.
Rusiya baş nazirinin köməkçisi Arkadiy Dvorkoviç bildirib ki, faciə zamanı çox insan həyatını itirib: “Mədəndə qalan 26 nəfərin də sağ qalmaq ehtimalı yoxdur. 36 nəfərin öldüyünü söyləyə bilərik”.
Komi muxtar respublikası hadisəylə bağlı 3 günlük matəm elan edib.
Son xəbərlər
Son Xəbərlər