Rusiyada mehmanxanada partlayış - 1 ölü, 5 yaralı + Yenilənib

rusiyada-mehmanxanada-partlayis
Oxunma sayı: 2583

Rusiyanın Krasnodar diyarının Gelencik şəhərində yerləşən mehmanxanada partlayış baş verib.

“Qafqazinfo” Krasnodar diyarının fövqəladə qüvvələrinə istinadən xəbər verir ki, qaz partlaması nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Hazırda insidentin səbəbi araşdırılır.

***

Əldə olunan yeni məlumatlara görə, Gelencikdə mehmanxanada baş vermiş partlayış zamanı 5 nəfər yaralanıb. Onlardan dördü reanimasiyadadı.

Binadan ümumilikdə 50 nəfər təxliyyə olunub. Həlak olan şəxs isə partlayış zamanı küçədə olub.

***

Rusiyanın İstintaq Komitəsi partlayış nəticəsində 1 nəfərin həlak olması, 5 nəfərin isə yaralanması ilə bağlı cinayət işi başladıb.

Hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb.