Rusiyada məktəbdə atışma oldu - Yenilənib

rusiyada-mektebde-atisma-oldu
Oxunma sayı: 1604

Rusiyanın Perm diyarının yaxınlığında məktəblərin birində atışma olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları insidenti törədən şəxsi saxlayıb.

Məlumata əsasən, sözügedən şəxs 6-cı sinif şagirdidir. Bildirilir ki, o, odlu silahdan divara və tavana iki atəş açıb.

İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisənin təfərrüatı araşdırılır.

Xatırladaq ki, cari ilin sentyabrın 20-də Rusiyanın Perm Universitetində I kurs tələbəsi Timur Bekmansurov silahlı hücum təşkil etmiş, nəticədə 8 nəfər ölmüş, 20-dən çox insan yaralanmışdı.

***

İnsident nəticəsində bir məktəbli yüngül yara alıb. Xəstəxanaya aparılan uşaq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Həmçinin oxuyunUniversitetə hücum edən 18 yaşlı tələbə imiş - Foto + Video

I kurs tələbəsi teraktı belə törədib - Video