Rusiyada mer qəzada öldü - Fotolar

rusiyada-mer-qezada-oldu
Oxunma sayı: 1676

Rusiyanın Xakasiya Muxtar Respublikasının paytaxtı Abakan şəhərinin meri Nikolay Bulakin yol qəzasında həlak olub.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Xakasiya hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Hadisə bu gün Krasnoyar diyarında, Minusinkk şəhərinin yaxınlığında baş verib. 

Məlumata görə, “Ford Explorer” markalı avtomobilin sükanı arxasında əyləşən şəhər rəhbəri idarəetməni itirərək ağaca çırpılıb. O, hadisə yerindəcə vəfat edib.

Qeyd olunur ki, 66 yaşlı Bulakin 1995-ci ildən Abakana rəhbərlik edirmiş.