Rusiyanın Nazran şəhərində məscid yaxınlığında maşın partlayıb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, partlayışda iki nəfərin yaralandığı bildirilir.
İnquşetiya hüquq-mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, partlayış imam Hamzat Çumakova qarşı sui-qəsd planı ilə bağlı ola bilər. Belə ki, partlayan avtomobil məhz ona məxsus olub.
Adıçəkilən imam İnquşetiyanın tanınmış siyasi xadimi və imamı hesab edilir. İmam özü isə partlayışda yüngül yaralanıb.
Son xəbərlər
Son Xəbərlər