Rusiyada meşə yanğınlarına müdaxilə davam edir

rusiyada-mese-yanginlarina-mudaxile-davam-edir
Oxunma sayı: 1137

Rusiyanın Altay bölgəsində meşə yanğınları qısa zamanda geniş əraziyə yayılıb. Hazırda ölkənin müxtəlif bölgələrində başlayan 354 aktiv yanğından 78-də söndürmə işləri davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib.

Nazirlik Altay və İrkutsk bölgələrində alovların yayılmaqda davam etdiyini açıqlayıb.

İlk təsbitlərə görə, Altay bölgəsində 615 hektar sahədə davam edən yanğınlar üçün 250-yə yaxın yanğınsöndürmə qrupu, 79 yanğınsöndürmə maşını və Be-200 tipli amfibiya yanğınsöndürmə təyyarələri xidmət göstərir.