Rusiyanın Altay diyarının Uqlovski rayonundakı Laptev Loq kəndi yaxınlığında güclü meşə yanğını baş verib.
“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yanğının ümumi sahəsi 300 hektardır və aviasiya qrupu artıq yanğının baş verdiyi ərazidə onu söndürmək üçün çalışır.
“Yanğının yaşayış məntəqələri üçün heç bir təhlükəsi yoxdur. Güclü tüstü səbəbindən sakinlərin müvəqqəti məskunlaşma obyektinə təxliyəsi planlaşdırılır. Yanğının söndürülməsinə 30 nəfər və 7 texnika cəlb olunub”, - deyə məlumatda qeyd olunur.
Son xəbərlər
Son Xəbərlər