Rusiyada metro partlayışında ölənlərin sayı artıb

rusiyada-metro-partlayisinda-olenlerin-sayi-artib
Oxunma sayı: 736

Rusiyanın Sank-Peterburq şəhərində metroda baş verən terrora görə ölənlərin sayı 14-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvorçova məlumat verib. Nazirin sözlərinə görə, onların 11-i hadisə yerində, 3-ü isə xəstəxanaya çatdırılarkən ölüb. Hazırda müalicəsi davam etdirilən yaralıların sayı 49-dur.