Sankt-Peterburq polisi şəhərin Frunze rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.
Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə təcili yardım çağırılıb.
Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
Son xəbərlər
Son Xəbərlər