Rusiyada mikroavtobus çevrildi - Azərbaycanlılar xəsarət aldı

rusiyada-mikroavtobus-cevrildi
Oxunma sayı: 1630

Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda yol qəzası baş verib.

“Qafqazinfo” "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun sürücüsü döngədə idarəetməni itirib və nəqliyyat vasitəsi çevrilib.

Nəticədə avtobus sürücüsü və altı sərnişin ağır xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. 

Nəqliyyat vasitəsində ümumi 12 nəfərin olduğu bildirilir. Avtobus Moskvadan Azərbaycana gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.