Rusiyada mikroavtobusla minik avtomobili toqquşdu - 7 ölü, 3 yaralı

rusiyada-mikroavtobusla-minik-avtomobili-toqqusdu
Oxunma sayı: 1173

Rusiyanın Ryazan vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Qəzanın “Mercedes Vito” miktoravtobusu ilə “Toyota Land Cruiser” minik avtomobili arasında baş verdiyi qeyd edilir.

Hadisə nəticələrinin aradan qaldırılması üçün əraziyə yanğınsöndürən maşın göndərilib.