Rusiyada mikroavtobuslar toqquşdu - 8 ölü, 7 yaralı+ Video

rusiyada-mikroavtobuslar-toqqusdu
Oxunma sayı: 1316

Rusiyanın Altay diyarında iki mikroavtobusun toqquşması nəticəsində 8 nəfər həlak olub.

“Qafqazinfo”nun “REN TV”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb.

Qeyd olunur ki, hər iki nəqliyyat vasitəsində ümumilikdə 15 nəfər olub.

Hazırda qəzanın detalları araşdırılır. 

Hadisə yerində xilasedicilər çalışır.