Rusiyada milli zəmində 13 adam öldürülüb

rusiyada-milli-zeminde-13-adam-oldurulub
Oxunma sayı: 812


“Qafqazinfo” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Moskvada qərarlaşan Sova mərkəzi iyulun 9-da bildirib.

Məlumata görə, Moskvada ilin birinci yarısında milli zəmində 5 adam öldürülüb, 13 adam xəsarət alıb.

Milli zəmində hücuma məruz qalanların əksəriyyəti Orta Asiya və Qafqazdan olan miqrantlardır.

Hücum olunanlar arasında Yaponiya və Afrika ölkələrinin də vətəndaşları var.