Rusiyada müharibə ilə bağlı saxta məlumat yayanlar həbs olunacaq

rusiyada-muharibe-ile-bagli-saxta-melumat-yayanlar-hebs-olunacaq
Oxunma sayı: 1555

Rusiyada parlamentin aşağı palatası Dövlət Duması Ukraynada “xüsusi hərbi əməliyyat”da iştirak edənləri nüfuzdan salanları cəzalandıran qanunu qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Dumanın təsdiq etdiyi qanuna görə, əməliyyatda iştirak edən bütün şəxsi, o cümlədən Rusiya Silahlı Qüvvələrinə yardım edən könüllü birləşmələr, müəssisələr və şəxsləri nüfuzdan salanlar həbs olunacaq və ya cərimələnəcək.

Qanuna əsasən, qeyd olunan səbəbə görə 3 il həbs cəzası 5 ilə qədər artırılıb.

Digər vətəndaşların ölümünə, ölkədə asayişin və təhlükəsizliyin pisləşməsinə səbəb ola biləcək hərəkətləri törədən şəxslər 5 il deyil, 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Vəziyyətdən asılı olaraq, sözügedən şəxslər həbs əvəzinə 30 mindən 1 milyon rubla qədər cərimələnə bilərlər.

Bundan başqa, sözügedən qanunla Ukraynadakı müharibə ilə bağlı “saxta məlumat yayan”lar 15 ilə qədər həbs cəzası alacaqlar.