Rusiyada Narkoloji Dispanserdə yanğın - 1 ölü, 7 yaralı

rusiyada-narkoloji-dispanserde-yangin
Oxunma sayı: 771

Rusiyanın Tümen vilayətində Narkoloji Dispanserdə baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “REN TV” xəbər verib.

Yanğın müalicə müəssisəsinin ikinci mərtəbəsində yaranıb. Yanan ərazinin sahəsi 10 kv.m. təşkil edib. Binadan 116 nəfər təxliyyə olunub. Yanğının söndürülməsində 72 nəfər insan və 25 ədəd texnika iştirak edib.

Hadisənin baş vermə səbəbləri müəyyən edilir.