Rusiyanın paytaxtı Moskva şəhərində “Generium” şirkətinin koronavirusa qarşı nazal (burundan qəbul edilən) peyvəndinin kliniki sınaqlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Moskva şəhərinin meri Sergey Sobyaninin rəsmi saytında paylaşılıb.
Sınaqlar 6 poliklinikanın bazasında həyata keçiriləcək.
Şəhərin vitse-meri Anastasiya Rakovanın sözlərinə görə, araşdırmada ümumilikdə 600 nəfər iştirak edəcək.
Qeyd edək ki, daha əvvəl Moskva poliklinikalarının bazasında digər bir nazal vaksinin tədqiqatına başlanılıb.
Son xəbərlər
Son Xəbərlər