Rusiyada nazir 41 uşağın ölümünə görə üzr istədi

rusiyada-nazir-41-usagin-olumune-gore-uzr-istedi
Oxunma sayı: 1290

Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov ticarət mərkəzində baş verən yanğında ölən 41 uşağın valideynindən üzr istəyib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir bildirib ki, bu faciə hər kəsə dərs olmalıdır:

“Ən dəhşətlisi uşaqların ölməsidir. Mən qoruya bilmədiyimiz oğlanların və qızların valideynlərindən üzr istədim”.