Rusiyada neft anbarında güclü yanğın - Video - Yenilənib

rusiyada-neft-anbarinda-guclu-yangin
Oxunma sayı: 2392

Rusiyanın Krasnodar diyarında Taman limanı yaxınlığında neft məhsullarının saxlanıldığı rezervuarda güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Veniamin Kondratyev öz teleqram kanalında yayıb.

Məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi hələ ki açıqlanmayıb. 

Hazırda yanğınla mübarizə davam edir.

***

TASS-ın məlumatına görə, rezervuarda yanğına səbəb pilotsuz uçuş aparatının düşməsi olub. 

Həmçinin oxuyun: Kapital Bank снизил ставку по кредитам для микробизнеса