Vladimir şəhər rəhbərliyindən Nasist Almaniyasının silahlı qüvvələri daxilində erməni legionunun qurucularından birinin boş məzarının götürülməsi tələb olunub.
“Qafqazinfo” “Rosbalt.ru”ya istinadən xəbər verir ki, Rusiyanın Vladimir şəhərində “Stopfaşizm” vətəndaş təşəbbüs qrupu, Vladimir şəhəri Mərkəzi qəbiristanlığından nasistlərlə əməkdaşlıq edən Qaregin Nijdenin məzarının götürülməsi təklifi ilə Vladimir şəhər meriyasına müraciət ediblər.
Müraciətdə qeyd olunub ki, Vladimir Mərkəzinin qəbiristanlığındakı Qaregin Nijdenin boş məzarı şəhərin və Rusiyanın erməni diaspora nümayəndələrinin mütəmadi iştirak etdiyi qondarma “anım mərasimləri”nin keçirildiyi bir yerə çevrilib.
Bundan əlavə Ermənistan və Rusiyanın erməni diasporası tərəfindən turistlər üçün təşkil olunan Vladimir şəhərinin turlarına Qaregin Nijdenin məzarlığının ziyarət edilməsi də daxil edilib. “Stopfaşizm” təşəbbüs qrupunun üzvləri Rusiyada erməni gəncləri arasında Nijde və onun irqi üstünlük prinsiplərini təbliğ edən faşist ideologiyasının geniş yayıldığını bildiriblər.
Qeyd edək ki, Qaregin Nijde 2-ci Dünya Müharibəsi illərində Nasist Almaniyasının tərkibində erməni legionunun qurucusu olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.
Son xəbərlər
Son Xəbərlər