Rusiyada növbəti dəhşətli yanğın - Bir evdə 6 nəfər yanaraq öldü

rusiyada-novbeti-dehsetli-yangin
Oxunma sayı: 1704

Rusiyanın Kemerovo vilayətinin Tisul yaşayış məntəqəsində bir evdə yanğın baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb. Onlardan üçü uşaqdır.

Yanğının səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, ötən ilin noyabrında Kemerovo vilayətinin Yurqa qəsəbəsində baş vermiş yanğında bir evdə 8 nəfər ölmüşdü.