Rusiyanın İrkutsk əyalətində aralarında yaranan konflikt nəticəsində sərbəst güləş üzrə ölkə çempionu Aleksandr Boqomoyevə ağır zərbə endirən rayon dumasının deputatı Anatoli Asaxanov barəsində cinayət işi açılıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, deputat barəsində “silah qismində işlədilən əşyalardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, aprelin 23-də baş verən insident zamanı deputat güləşçiyə metal boru ilə bir neçə zərbə endirib. Nəticədə ikinci ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər