Rusiyada “omicron”u aşkarlamaq üçün test sistemi qeydiyyata alındı

rusiyada-omicronu-askarlamaq-ucun-test-sistemi-qeydiyyata-alindi
Oxunma sayı: 1011

Rusiyada “omicron” ştammının aşkarlanması üçün test sistemi qeydiyyata alınıb.

Bu barədə “Qafqazinfo” Rusiya Federal Tibbi və Bioloji Agentliyinə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, Rusiyada COVID-19-un “omicron” ştammının aşkarlanması üçün ilk test sistemi qeydiyyata alınıb.

Bildirilib ki, test sistemi yüksək həssaslıqla “omicron” və “delta” variantlarını aşkarlamağa, eləcə də onları bir saat yarım ərzində fərqləndirməyə imkan verir.