Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə Ulyanovsk şəhərinin rəhbərliyi və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən Ulyanovsk vilayətinin Milli siyasət departamentinin rəhbəri, Ulyanovsk Qubernatoru Sergey Mironov məktəbə Heydər Əliyevin adının verilməsini təqdirəlayiq hal adlandırıb və bu münasibətlə ÜAK-ın yerli nümayəndəliyinin üzvlərini və 78 saylı məktəbin kollektivini təbrik edib.
ÜAK-ın Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynova isə müəllim və şagirdləri təbrik etdikdən sonra Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərdən bəhs edib.
78 nömrəli məktəbin direktoru Gennadi Çarev bildirib ki, təhsil ocağına Azərbaycan xalqının milli lideri Heydər Əliyevin adının verilməsi onlar üçün böyük şərəfdir və bu hadisə məktəbin müəllim, şagird heyətini daha məsuliyətli olmağa ilhamlandıracaq.
Son xəbərlər
Son Xəbərlər