Rusiyada otlaq sahəsi üstündə atışma - 5 ölü, 2 yaralı

rusiyada-otlaq-sahesi-ustunde-atisma
Oxunma sayı: 1402

 Rusiyanın Rostov vilayətinin Orlovsk rayonunda atışma olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli sakinlər arasında otlaq sahələri üstündə başlayan mübahisə ölümlə nəticələnib. Ov silahından edilən atəş nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerində araşdırma aparır.