Rusiyada partlayış - Yaralanan var

rusiyada-partlayis
Oxunma sayı: 781

Rusiyada bu səhər partlayış baş verib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, olay Rostov-na-Donu şəhərinin mərkəzində, yerli avxtla 07:00-da olub. Bildirilir ki, partlayışın olduğu yerin yaxınlığında məktəb var.

Hadisə zamanı 1 kişi yaralanıb, onun barmaqları qopub. Partlayış əldəqayırma bomba ilə həyata keçirilib. Belə ki, yolda fənər görən vətəndaş onunla maraqlanıb və işığını yandırmaq istəyib. Bu zaman fənərin içinə quraşdırılmış partlayıcı qurğu işə düşüb. 

Aysel Kərimova