07:48
Rusiyada beşmərtəbəli binada qaz sızması nəticəsində partlayış olub.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Novosibirsk şəhərində qeydə alınıb.
Partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
50 nəfər isə təxliyə edilib.
***
13:07
Ölənlərin sayı 5-ə çatıb. 10 nəfərin taleyi naməlum olaraq qalır.
***
Partlayış nəticəsində ölənlərin sayı 12, yaralananların sayı isə 9 nəfərə çatıb.
Qeyd edək ki, hadisəyə görə fevralın 10-u Novosibirsk vilayətində matəm elan edilib.