Rusiyanın Belqorod vilayətinin Krasnıy Oktyabr kəndi yaxınlığında partlayışlar baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışlar nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı xəsarət alıb.
Regionun rəhbəri Vyaçeslav Qladkov bildirib ki, partlayışlar dayanıb, kənd sakinləri arasında itki yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin operativ qrupu yollanıb.
O qeyd edib ki, hazırda evlərin zədələnməsinə baxış keçirmək üçün kənddə daha bir yoxlama aparılacaq.
Qladkovun sözlərinə görə, görülən bütün istintaq-əməliyyat tədbirləri başa çatdıqdan sonra hadisənin səbəbləri barədə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər