Rusiyada pensiya yaşı artırılır

rusiyada-pensiya-yasi-artirilir
Oxunma sayı: 3204

Rusiyada pensiya yaşının artırılması üzərində işlər görülür. 

Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” saytı hökumətə yaxın mənbələrinə istinadən məlumat yayıb.

İlkin ehtimala görə, hökumət hazırda iki variant üzərində işləyir. Qadınlar üçün 63, kişilər üçün isə 65 yaş müəyyən edilə bilər, yaxud hər iki cinsin nümayəndələri üçün 63 yaşa qaldırıla bilər.

Qeyd edək ki, hazırda ölkədə qadınlar üçün pensiya yaşı 55, kişilər üçün isə 60-dan hesablanır.