Rusiyada poliqonda partlayış, əsgər öldü

rusiyada-poliqonda-partlayis-esger-oldu
Oxunma sayı: 697

Rusiyanın Sverdlovsk vilayətində hərbi poliqonda partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı 1 hərbçi dünyasını dəyişib. Daha 4 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, hərbi qulluqçular mayın 3-ü təhlükəsizlik qaydalarını pozaraq poliqon ərazisində tonqal yandırıblar. Bu isə silah-sursatın partlamasına səbəb olub.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Aysel Kərimova