Rusiyanın Bryansk vilayətində pilotsuz uçuş aparatı (PUA) ilə polis idarəsinə hücum edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Boqomaz öz teleqram kanalında yayıb.
Hadisənin Trubçevsk bölgəsində qeydə alındığı bildirilir. İnsident zamanı xəsarət alan olmasa da, binanın pəncərə və dam hissəsinə ziyan dəyib. Sözügedən PUA-nın Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu iddia edilir.
Son xəbərlər
Son Xəbərlər