Rusiyada polislər iki azərbaycanlıya təcavüzdə ittiham olunur

rusiyada-polisler-iki-azerbaycanliya-tecavuzde-ittiham-olunur
Oxunma sayı: 648

Digər şübhəli zabitlər barəsində cinayət işinin açılması üçün isə faktlar toplanır. Rusiya İstintaq Komitəsinin Nijni Novqorod üzrə istintaq idarəsinin məlumatında qeyd edilir ki, 2012-ci ilin martında altı zabit qanuna zidd olaraq iki vətəndaşa qarşı, onların guya avtomobil oğurluğunda iştiraklarını etiraf etmək məqsədilə fiziki güc tətbiq ediblər.

İşgəncələrə qarşı regionlararası komitənin mətbuat xidməti isə bildirib ki, Nizami Həsənov və Elşən Zamanov adlı şəxslər onlara müraciət edərək evlərinə ona yaxın mülki geyimli şəxslərin heç bir sənəd göstərmədən daxil olduqlarını və axtarış apardıqlarını deyiblər. Daha sonra onları polis bölməsinə apararaq oturmağa icazə vermədən dəhlizdə gözlədiblər, başlarına paket keçirib, təcavüz etməklə təhdid ediblər. Nəhayət avtomobil oğurladıqlarını boyunlarına qoya biliblər.