Rusiyada Putinə etimad səviyyəsi artıb

Rusiyada Putinə etimad səviyyəsi artıb
Oxunma sayı: 2203

Rusiyada əhali arasında ölkə Prezidenti Vladimir Putinə etimad səviyyəsi artıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatında bildirilir.

Məlumata görə, yanvarın 23-dən 29-na qədər Putinə etimad səviyyəsi 0,7% bəndi artaraq 79,2% təşkil edib. Putinin fəaliyyətinə olan etimad səviyyəsi isə 0,2% bəndi artaraq 75,7% olub.

Sorğu sözügedən tarixlərdə yetkinlik yaşına çatmış 1,6 min rusiyalı arasında keçirilib.