Rusiyada qadın polis maşınında doğdu

rusiyada-qadin-polis-masininda-dogdu
Oxunma sayı: 1101

Rusiyanın paytaxtı Moskvada qadın polis maşınında uşaq dünyaya gətirib. 

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, yol polisləri iş başında olarkən bir nəfər onlara yaxınlaşaraq həyat yoldaşının təcili xəstəxanaya çatdırılmalı olduğunu, lakin tıxacda qaldıqlarını deyib.

Yol polisləri qadını xidməti maşınla xəstəxanaya aparmağa çalışıblar və həmin zaman doğuş başlayıb. Onlar təcili yardım çağıraraq doğuşu qəbul ediblər.

Həkimlər hadisə yerinə gələnə qədər oğlan uşağı dünyaya gəlib. Körpənin və ananın vəziyyətinin normal olduğu bildirilir.