Rusiyada qaz tarifləri artacaq

Rusiyada qaz tarifləri artacaq
Oxunma sayı: 1494

2022-ci il dekabrın 1-dən Rusiyada qaz və elektrik enerjisi tarifləri artacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, qaz 8,5 faiz, elektrik enerjisi 9 faiz bahalaşacaq.

Nazirlik qeyd edib ki, əhali və digər istehlakçılar üçün indeksasiya dərəcəsi eyni olacaq. Vətəndaşlar və sənaye üçün qaz və elektrik enerjisi tariflərinin növbəti indeksasiyası 2024-cü ilin iyul ayına nəzərdə tutulub.