Rusiyada qazın qiyməti bahalaşdı

rusiyada-qazin-qiymeti-bahalasdi
Oxunma sayı: 2319

Rusiyanın Federal Antiinhisar Xidməti iyulun 1-dən “Qazprom” və onunla bağlı şirkətlərin istehsal etdiyi qazın topdansatış qiymətlərini təsdiqləyib.

“Qafqazinfo” “Prime” nəşrinə istinadən xəbər verir ki, ölkədə sənaye müəssisələri üçün qaz 5% bahalaşacaq. 

Bildirilir ki, ƏDV xaric ən yüksək qiymət Adıgey, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, Krasnodar və Stavropol üçün müəyyən ediləcək. Belə ki, burada 1000 kubmetr qaz üçün 5413 rubl müəyyən edilib. 

Ən aşağı qiymət isə Yamalo-Nenets Muxtar Dairəsi üçün təsdiq olunub və 1000 kubmetrə görə 2907 rubl təşkil edəcək. 

Moskva və Moskva vilayətindəki müəssisələr 1000 kubmetr qaza görə 5303 rubl, Sankt-Peterburq və Leninqrad vilayətlərində isə 5115 rubl ödəyəcəklər.