Rusiyada qətl törədib Azərbaycana gələn şəxslər tutuldu

rusiyada-qetl-toredib-azerbaycana-gelen-sexsler-tutuldu
Oxunma sayı: 2971

Rusiyanın axtarışa verdiyi şəxslər Azərbaycanda tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 1995-ci il təvəllüdlü Kənan Quliyev saxlanılıb.

Polisin həyata keçirdiyi tədbirlər nəticəsində Rusiyada qətl törətmiş 1977-ci il təvəllüdlü Seymur Adıgözəlzadə də saxlanılaraq istintaqa təhvil verilib.

Hər iki şəxsin Rusiyada qətl törətdikdən sonra Azərbaycana gəldiyi bildirilir.

Araşdırmalar davam etdirilir.

Nizam Rza