Rusiyada qeyri-rəsmi zirvə görüşü keçiriləcək

rusiyada-qeyri-resmi-zirve-gorusu-kecirilecek
Oxunma sayı: 2325

Dekabrın sonunda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Həmçinin oxuyun: Вояж Арутюняна в Париж ставит жирную точку на посредничестве Макрона

“Sizi dekabrın sonunda Sankt-Peterburqda MDB-yə üzv ölkələrin başçılarının qeyri-rəsmi, səmimi görüşünün keçiriləcəyi barədə məlumatlandırıram”, - deyə Y.Uşakov bildirib.