Rusiyanın Stavropol əyalətində avtomobil qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata əsasən qəza zamanı “Nissan Pathfinder” və “LADA Priora” toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma başlanılıb.
Son xəbərlər
Son Xəbərlər